Qazaxıstan prezident seçkilərinə hazırlaşır

Qazaxıstan prezident seçkilərinə hazırlaşır backend

Aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkədə 9,5 milyon seçici qeydə alınıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, prezident seçkilərində üç namizəd - ölkənin hazırkı başçısı, “Nur Otan” partiyasının namizədi Nursultan Nazarbayev, Kommunist partiyasının namizədi Turqun Sızdıkov və müstəqil namizəd Abelqazi Kusainov iştirak edir.

Əgər namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməsə, daha çox səs toplayan iki namizədin iştirakı ilə səsvermənin ikinci turu keçiriləcək.

Qazaxıstanda növbəti prezident seçkiləri 2016-cı ildə keçirilməli idi. Lakin 2015-ci il fevralın 25-də ölkədə birlik, harmoniya və sabitliyin vacibliyi əsas götürələrək seçkilərin bir il qabağa keçirilməsi qərara alınıb.


Diaspora