Londonda 3 hücum: Çox sayda ölən və yaralanan var

Londonda 3 hücum: Çox sayda ölən və yaralanan var backend

Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib.

Qaziler.az Britaniya KİV-nə istinadən xəbər verir ki, hücumlarda 7 nəfər ölüb, 20 nəfər xəsarət aldığı güman edilir.

Ölümlə nəticələnən hadisələrdən biri “London-Bric” körpüsündə baş verib. Sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə azı bir nəfər ölüb, 20-dək piyada xəsarət alıb.

Londonun Boro rayonunda isə babıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib. “Sun” və “Telegraph” nəşrləri bildirir ki, bıçaqla silahlanmış şəxs bundan əvvəl insident baş verdiyi “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Tito`s” restoranına soxularaq insanlara xəsarətlər yetirməyə başlayıb. “Sun” qəzeti şahidlərə istinadən hücum nəticəsində ölənlərin olduğunu iddia edir.

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.

Qeyd edək ki, polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.