ABŞ-ın əfsanəvi aktrisası Merilin Monronun sonuncu villası 7,2 milyon dollara satıldı.
Axşam.az xarici mediaya istinadən xəbər verir, Monronun 36 yaşında dünyasını dəyişdiyi Los-Ancelesdəki evinin dörd yataq, üç hamam otağı, hovuzu, bağçası var. Ötən ay satışa qoyulan evə 6,9 milyon dollar dəyər qoyulmuşdu. Villanın alıcısının adı açıqlanmır.Qeyd edək ki, cəsədi bu evdə tapılan Merilin Monronun intihar etdiyi, yoxsa cinayət qurbanı olduğu bilinmir.
