Cəmilov: “Bu, Putinin sonuncu oyunudur”

Cəmilov: “Bu, Putinin sonuncu oyunudur” backend

“Əgər Rusiyanın siyasəti dəyişməsə, Ukrayna Moskvanın sonuncu avantürası olacaq”.

Axar.az xəbər verir ki, bunu Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

Onun sözlərinə görə, Rusiya dövlət başçısına qarşı saray çevrilişi ola bilər:

“Vladimir Putin dövründə Krımın geri qaytarılması onun intihar etməsinin ekvivalenti olardı. Hazırda Rusiya Krımın yaşamasını təmin etmək üçün hər il 6-7 milyard dollar sərmayə qoymağa məcbur olur. Təbii ki, indiki Ukrayna liderləri də müqəddəs deyillər, lakin onlar öz sələflərindən əsaslı surətdə fərqlənirlər. Düşünürəm ki, biz yaxşı prezident seçmişik. Mən onunla uzun müddət parlamentdə işləmişəm”.
Diaspora