Hindistanın şərqində yerləşən Bixar ştatında tüğyan edən qasırğa nəticəsində 12 rayon su altında qalıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, son məlumatlara görə, qasırğa nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.Yerli hakimiyyət təbii fəlakətdən zərər çəkən rayonlarda xilasetmə əməliyyatlarına başlayıb, həmçinin həlak olanların qohumlarına 400 min rupi (təxminən 6,5 min dollar) məbləğində təzminat verəcəyini elan edib. Ştatın Baş naziri Nitiş Kumar qasırğanın dağıdıcı təsirinə məruz qalmış ərazilərə havadan baxış keçirib və vəziyyəti şəxsi nəzarətinə götürüb.