Türkiyə helikopteri vurulubmuş

Türkiyə helikopteri vurulubmuş backend

Türkiyənin Şırnak bölgəsində qəzaya uğrayan helikopterlə bağlı yeni məlumat yayılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, PKK-ya bağlı YPG qüvvələri helikopteri vurduqlarını bəyan ediblər.

Məlumatda YPG terrorçularının helikopteri atəşə tutduğu və atəşdən yayınmaq istəyərkən hava gəmisinin yüksək gərginlikli elektrik xəttinə dəyərək qəzaya uğradığı bildirilib.
Qeyd edək ki, qəza nəticəsində Türkiyə ordusunun 13 hərbçisi şəhid olub.