“WhatsApp“ 1 ay vaxt qoydu

“WhatsApp“ 1 ay vaxt qoydu backend

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" daha bir neçə telefona verdiyi dəstəyini geri çəkir.

Axşam.az-ın məlumatına görə, bir ay sonra bəzi köhnə modellərdə xidmət işləməyəcək.

Məhdudiyyətlərə bir ay qalmış "WhatsApp" əməkdaşlığı dayandırdığı markaların adlarını da açıqlayıb.

İyul ayına kimi "WhatsApp"dan məhrum olacaq modellər aşağıdakılardır:

-BlackBerry 10
-BlackBerry OS
-Nokia S60
-Nokia S40
-Android 2.0
-iOS 7.0

Qeyd edək ki, ilin əvəllində - yanvar ayaında Android 2.O və bəzi köhnə proqram sistemi olan "iPhone"larda da "WhatsApp"ın işi dayandırılmışdı.