ABŞ İncirlikdəki komandirini istefaya göndərdi

ABŞ İncirlikdəki komandirini istefaya göndərdi backend

İncirlik bazasının ABŞ Hava Qüvvələrinə aid olan 39-cu hava bazasının komandiri, polkovnik Con Uolker vəzifəsindən ayrılıb. Axar.az xəbər verir ki, onun yerinə polkovnik Devid İqlen təyin olunub.

O, yeni vəzifəyə təyin olunmasına görə böyük qürur hiss keçirdiyini, qarşılarında böyük çətinliklərin olduğunu, lakin bunların öhdəsindən gələcəklərini bildirib.

Qeyd edək ki, İncirlik bazasında həm ABŞ-ın, həm də İŞİD-ə qarşı mübarizə aparan koalisiya qüvvələrinin əsgər və hərbi təyyarələri var. Almaniyanın İncirlikdən çıxıb-çıxmamasının növbəti həftə dəqiqləşəcəyi bildirilir.