Qətər Ər-Riyaddan imtina edir, İranla yaxınlaşır

Qətər Ər-Riyaddan imtina edir, İranla yaxınlaşır backend

Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərinin pisləşməyə başladığı bir dövrdə İranla əlaqələrini genişləndirmək qərarına gəlib.

Axar.az xəbər verir ki, bu sözləri siyasi analitik Əhməd Qasım Xan Riyad ilə Doha arasındakı münasibətlərin pozulması haqda Sputnik-ə danışarkən deyib. Analitik körfəzdə gərginlik meydana gətirən əsas səbəblərdən biri haqda danışıb:

“Qətərin Müsəlman Qardaşlarına kömək etməsi əsas səbəblərdən birincisidir. Səudiyyə Ərəbistanının Qətərə olan təzyiqini tənzimləmək üçün Qətər İranla yaxınlaşacaq”.