Daha yaxşı həyat axtarışı üçün yola çıxan miqrantlar həyatları ilə vidalaşdılar. QAZİLER.AZ Evronyusa istinadən bildirir ki, Saloniki-Belqrad arası ekspress qatar qanunsuz yollarla Avropaya getməyə çalışan miqrantları vurub. İlkin məlumata görə, hadisə nəticəsində 14 nəfər ölüb.
Makedoniya Daxili İşlər Naziriliyinin sözcüsü Ivo Kotevski hadisənin gecə saat 23:00 də baş verdiyini bildirib.Polis hadisə yerində araşdırma apararkən miqrantlardan 8 nəfərin sağ olduğunu müəyyən edib.
Yunanıstandan keçməklə Makedoniyaya gedən miqrantlar Serbiya ilə sərhəddəki Loyan kəndinə gedirdilər. Burada onları gözləyən xüsusi şəxslər qanunsuz yollarla Serbiyaya aparılırlar.
Miqrantlar adətən ələ keçməmək üçün gecələr yol gedirlər. İstirahət edə, yemək yeyə bilməyən miqrantların diqqətləri dağılır və onlar müxtəlif hadisələrin qurbanı olurlar.