Barak Obamanın Vaşinqtonda 8 milyon dollarlıq evi

Barak Obamanın Vaşinqtonda 8 milyon dollarlıq evi backend

ABŞ-ın sabiq prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel prezidentlik müddəti başa çatdıqdan sonra Vaşinqtonun nüfuzlu rayonunda kirayə götürdükləri evi 8,1 milyon dollara satın alıblar.


QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, sabiq prezidentin aldığı evdə 9 yataq otağı və 8 hamam var.

Bir qədər əvvəl Barak Obama qızı Saşa məktəbi bitirənə qədər Vaşinqtonda qalacağını demişdi. Buna isə hələ iki il var.

Xatırladaq ki, Barak Obama 2009-2017-ci illərdə ABŞ Prezidenti olub.