Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.Hadisə ilə əlaqədar araşdırma davam edir.
***
23:42
Türkiyənin Şirnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin güc strukturlarındakı mənbə Reuters agentliyinə bildirib
Bundan əvvəl Şırnak valiliyi helikopterin elektrik xəttinə toxunaraq yerə düşdüyü bildirib.
***
23:14
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şırnak vilayətində qeydə alınıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Ölənlər və yaralananlar barədə məlumat daxil olmayıb.
İlkin ehtimala əsasən, helikopter elektrik xəttinə dəyərək qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər göndərilib.