Kabildə partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb

Kabildə partlayışa görə məsuliyyəti İŞİD üzərinə götürüb backend

Əfqanıstan paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Əfqanıstan DİN-in ilkin məlumatlarına görə, bomba su daşıyan maşına yerləşdirilib.
Qeyd edək ki, bu gün səhərt Kabildə prezident sarayı və xarici səfirliklərin binalarının yaxınlığında güclü partlayış baş verib. Bir çox tikililərə, o cümlədən Fransa və Almaniya səfirliklərinin binasına ziyan dəyib. KİV-in məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 90-a, yaralıların sayı isə 380 nəfərə çatıb.