Əsəd Türkmən dağını vurdu: 1 ölü, 4 yaralı

Əsəd Türkmən dağını vurdu: 1 ölü, 4 yaralı backend

Əsəd rejimi Suriyanın Lazkiye çölündəki Türkmən dağını top atəşinə tutub. Axar.az xəbər verir ki, rejim qüvvələri müxaliflərin nəzarətində olan nöqtələrə aramsız hücumlar təşkil edib.


İlkin məlumatlara görə, hücum zamanı 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Səhər saatlarına qədər bölgədə Kələz, Sərraf, Sallur və başqa kəndlər atəşə məruz qalıb.