Antanta dövlətlərinin Çanaqqala müharibəsindən əvvəl mərkəz kimi seçdikləri və döyüş hazırlıqları gördükləri Egedəki Limni (Limnos) adası təxminən 100 ildir bilinməyən sirri özündə saxlayır.
ATV.az bildirir ki, Çanaqqala Döyüşündə ölən 56 türk əsgəri həmin adada dəfn edilib. Orada türk əsgərləri üçün abidə də tikilib. Limni adasında Çanaqqala Döyüşündə ölənlər üçün 3 ayrı qəbiristanlıq var.Birinci qəbiristanlıq I Dünya Müharibəsinin sonunda Osmanlı ilə İttifaq dövlətləri arasında sülh imzalandığı (5 oktyabr 1918) Mondros limanındadır. “Mondros İttifaq qəbiristanlığı”nda 148 avstraliyalı və 76 yeni zellandiyalı əsgər yatır. Uinston Çörçilin qərargahını qurduğu və 2 ay qaldığı adanın Portianu sahil kəndində isə Çanaqqala Döyüşündə həyatlarını itirənlər üçün iki ayrı qəbiristanlıq var.
Birincidə 352 müttəfiq qüvvələrin əsgərlərinin yatdığı qəbiristanlıq, ikincisi də müsəlman qəbiristanlığıdır. Müsəlman qəbiristanlığında hətta qranitdən abidə də ucaldılıb. Abidənin üzərində üç lövhə var. Biri Ərəb hərfləri ilə yazılıb. Adanın şimalına baxan ikinci lövhədə İngiliscə “170 misir əsgəri buralara yaxın yerdə badırılıb” yazılıb, cənuba baxan üçüncü lövhədə isə yenə İngiliscə “56 türk əsgəri buralara yaxın yerlərdə torpağa tapşırılıb” yazılıb.