Moldova müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Georgi Qalbur istefaya gedib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Moldova Müdafiə Nazirliyi yayıb. Nazirlik Qalburun öz səlahiyyətlərini Prezident İqor Dodonun onun müraciətini təsdiqlədiyi zamana qədər icra edəcəyini bildirib.Qeyd edək ki, Qalbur 2016-cı ildən Müdafiə naziri Anatoli Şalarunun istefaya getməsindən sonra onun səlahiyyətlərini müvəqqəti icra edir.