Sosial şəbəkədə müsəlmanları təhqir edən əcnəbi həbs edilib

Sosial şəbəkədə müsəlmanları təhqir edən əcnəbi həbs edilib backend

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Hindistan vətəndaşı sosial şəbəkədə Məhəmməd peyğəmbəri və müsəlmanları təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, o həmçinin 136 min dollar dəyərində cərimə ödəməlidir.

Şəxsin özü isə ittihamları qəbul etmədiyini və “Facebook” hesabının sındırıldığını iddia edib.

BƏƏ qanunlarına görə, o, cəza müddətini başa vurduqdan sonra Hindistana deportasiya olunacaq.