43 kənddə küçəyə çıxmaq qadağan edildi

43 kənddə küçəyə çıxmaq qadağan edildi backend

Türkiyənin Diyarbəkir şəhərinin Licə, Dəclə, Hani və Qocakənd mahallarında PKK-ya qarşı təşkil ediləcək əməliyyatlara görə küçəyə çıxmağa qadağa qoyulub.


Axar.az xəbər verir ki, 43 kəndə tətbiq olunan qadağanın nə vaxt başa çatması ilə bağlı məlumat verilməyib.

Qadağa əməliyyat icra edilən bölgələrdə xalqın can və mal təhlükəsizliyinin təmin edilməsi və mülki vətəndaşların zərər görməməsi üçün mayın 30-u saat 07.00-dan etibarən qüvvəyə minib.