Rusiyada mədəniyyət evində səhnənin bir hissəsi uşaqların üzərinə çöküb

Rusiyada mədəniyyət evində səhnənin bir hissəsi uşaqların üzərinə çöküb backend

Rusiyanın Perm vilayətində Anatoli Soldatov adına mədəniyyət evində səhnə konstruksiyasının çökməsi nəticəsində uşaqlar xəsarət alıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, səhnənin bir hissəsinin çökməsi nəticəsində 8 uşaq xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Hadisə yerində 12 təcili-tibbi yardım briqadası işləyir.