Monteneqro bu il iyunun əvvəlində rəsmi olaraq NATO-ya daxil olacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
2016-cı il mayın 19-da NATO-ya üzv ölkələr arasında Monteneqronun Alyansın tərkibinə daxil edilməsi haqqında protokol imzalanıb. Bununla da ölkəyə qurumun iclaslarında müşahidəçi qismində istirak etmək statusu verilib.Sənəd Alyansa daxil olan 28 üzv-ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Monteneqro NATO-nun tamhüquqlu üzvü olacaq.