Bişkekin mərkəzində bomba həyəcanı

Bişkekin mərkəzində bomba həyəcanı backend

Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində əldəqayırma partlayıcı qurğunun mulyajı aşkar edilib.


QAZİLƏR.AZ Trend-ə istinadən bildirir ki, səhər saatlarında şəhər milisinin növbətçi hissəsinə Milli Filarmoniyanın yaxınlığında şübhəli əşya olması ilə bağlı anonim zəng daxil olub.

Əraziyə cəlb edilən Daxili İşlər Nazirliyi və Dövlət Komitəsinin əməkdaşları "şübhəli qutu"nu tapıblar. Partlayıcı qurğunun mulyajı zərərsizləşdirilib.

Araşdırma davam edir.