Kibertəhlükəsizliyə dair qanun layihəsi təsdiq edilib

Kibertəhlükəsizliyə dair qanun layihəsi təsdiq edilib backend

ABŞ Nümayəndələr Palatası aprelin 22-də şirkətlərə və federal hökumətə potensial kiberhücumlardan qorunmağa köməyi nəzərdə tutan ikipartiyalı qanun layihəsini təsdiq edib. Sənəd şəxsi həyat tərəfdarları arasında narazılığa səbəb olub.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, Kibertəhlükəsizliyə dair “Protecting Cyber Networks Act” qanun layihəsi ABŞ şirkətlərini təhlükəsizliyin pozulması ilə bağlı informasiyanı federal hökumətlə mübadilə etməyə çağırır. İnformasiya mübadiləsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin nəzarətində olan saytlar vasitəsilə həyata keçiriləcək.

Qanun layihəsinin tərəfdarları qeyd edirlər ki, yeni normalar istifadəçilərin fərdi məlumatlarının oğurlanmasına yönələn kiberhücumların qarşısını almağa və ya nəticələrini yumşaltmağa kömək edə bilər. Mütəxəssislər ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri “Target” şirkətinə edilən kiberhücumun təkrarlanmasını istəmirlər. Hücum nəticəsində müştərilərin 40 milyon ödəniş kartı oğurlanmışdı. Daha bir nümunə kimi tikinti materiallarının satışı üzrə dünyanın nəhəng "Home Depot” şirkətinə edilən kiberhücum qeyd olunur. Bu hücum zamanı istifadəçilərin 53 milyon elektron poçt ünvanı oğurlanıb.

Öz növbəsində qanun layihəsinin tərəfdarları yeni normaların tətbiqi ilə hökumətin dövlət səlahiyyətlərini gücləndirməsindən və xüsusi xidmət orqanlarına ABŞ vətəndaşlarını fəal izləməyə icazə verməsindən ehtiyat edirlər. ABŞ Vətəndaş Azadlığı İttifaqı (American Civil Liberties Union) Nümayəndələr Palatasını qanun layihəsini rədd etməyə çağırır, - "SecurityLab” yazır.
Diaspora