Dubayda robot polis fəaliyyətə başlayacaq

Dubayda robot polis fəaliyyətə başlayacaq backend

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian Business” nəşri məlumat verib.

Məlumata görə, robotun hündürlüyü 170 santimetr, çəkisi 100 kiloqramdır. Robot emosiyaları müəyyənləşdirən detektorla təchiz edilib və insanlarda sifət ifadələrini və jestləri 1,5 metrədək məsafədən “tanıyır”. Beləliklə, robot insanlarla əlaqə yarada və qanunpozanları aşkar edə bilər.

AZƏRTAC “lenta.ru" saytına istinadən yazır ki, robot ona qurulmuş daxili naviqator sayəsində ərazidə hərəkət edir, ərəb və ingilis dilləri daxil olmaqla 6 dildə danışır. Vətəndaşlar sözügedən robot vasitəsilə kredit kartları ilə polis xidmətlərini ödəyə bilərlər.

Küçə və ticarət mərkəzlərində patrulluq edən “Robocop” müvafiq video çəkilişlərini təqdim etməklə qanun keşikçilərinə cinayətkarları tapmaqda kömək edəcək.