Konqo Demokratik Respublikasında Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarını girov götürüblər.
Bu barədə QAZİLER.AZ saytı “Franss-Press”ə istinadla xəbər verir. Hadisə Şimali Kivadan 30 km. Aralıda yerləşən Qoma vilayətində baş verib. Oğurlanma yerində BMT-nin avtomobilləri tapılıb və avtomobildə olan 3 nəfərin girov götürüldüyü bildirilir.