ABŞ Ukrayna ərazisindən maskalanmış rus hərbçilərini çıxarır

ABŞ Ukrayna ərazisindən maskalanmış rus hərbçilərini çıxarır backend

Həftənin 4-cü günü jurnalistlər qarşılsında brifinq keçirən ABŞ dövlət departamentinin mətbuat katibinin Mari Harf bəyan edib ki, ABŞ Ukrayna ərazisində maskalanaraq gizlənən rus hərbçilərini aşkara çıxarıb. Onun bildirdiyinə görə, hərbçilər həddindən atrıq yaxşı maskalandıqları üçün onları tanımaq ABŞ üçün çox çətin olub.

QAZİLER.AZ Bloknot.ru-ya istinadla bildirir ki, “Rus hərbçilər o qədər yaxşı maskalanırlar ki, onları tanımaq mümkün olmur. Bunun üçün çoxlu müxtəlif yollar var, lakin biz onları tanıyıb aşkara çıxarmağı bacardıq” – deyə Mari Harf bildirib.

“Amerikanın bu məsələni çözmək üçün öz üsulları var, amma biz bunu açıqlamaq istəmirik” – deyən mətbuat katibi həmçinin hazırda Ukrayanada nə qədər hərbçinin olduğunu da gizli saxlayıb.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Aleksandr Lukaşeviç brifinqdə bildirmişdi ki, Ukrayna ərazisində heç bir rus hərbçisi yoxdur.
Diaspora