Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Parisə mümkün səfəri barədə məlumatı şərh edib. Virtualaz.org xəbər verir ki, Peskovun sözlərinə görə, hazırda Kreml qarşıdan gələn səfərlə bağlı danışmağa hazır deyil.
Bundan az öncə Putinin mayın 29-da Fransaya səfər edəcəyi barədə məlumat verilib.
“Kreml vaxtı gələndə bununla bağlı məlumat verəcək”, - Dmitri Peskov bildirib.