Almaniya prezidenti “erməni soyqırımı“nı tanıdı

Almaniya prezidenti “erməni soyqırımı“nı tanıdı backend

QAZİLER.AZ saytı Milliyyet.com.tr-a istinadla xəbər verir ki, Almaniya prezidenti Yoaxim Qauk Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb və həmin hadisələrdə Almaniyanın qismən məsuliyyətini etiraf edib.

“Biz, almanlar, məsuliyyət bölgüsü və hadisələrdə qismən təqsirli olmağımız məsələsinə gəlincə keçmişə yenidən nəzər salmalıyıq”, deyə Yoaxim Qauk kayzer Almaniyasının hərbi nümayəndələrinin I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş hadisələrdə iştirakını nəzərdə tutaraq bildirib.

Almaniya prezidenti nitqində aprelin 24-də bundestaqda müzakirəyə çıxarılacaq qətnamə layihəsinin mətnində yer almış cümlələrdən istifadə edib.
Diaspora