ABŞ tarixində ilk dəfə afroamerikalı qadın baş prokuror vəzifəsinə təyin edilib. ABŞ Senatında 56 nəfər Loretta Linçin bu vəzifəyə təyin olunmasının lehinə, 43 nəfər isə əleyhinə səs verib.
AZƏRTAC “Associated Press” xəbər agentliyinə istinadən xəbər verir ki, 55 yaşlı L.Linçin namizədliyi 2014-cü ilin noyabrında Prezident Barak Obama tərəfindən irəli sürülüb.