Rusiyanın Ankaradakı yeni fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov oldu.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, 2016-cı ilin dekabr ayından indiyə qədər bu ölkədə səfirini təyin edə bilməyən Rusiya axır ki, bu məsələni həll edib.FETÖ-çu Mevlut Mert Altıntaşın sui-qəsdinə qurban gedən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun yerinə Aleksey Yerxov gətirilib. Yerxov əvvəllər İstanbul baş konsulu vəzifəsini yerinə yetirib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində polis əməkdaşı Mevlut Mert Altıntaş tərəfindən qətlə yetirilib.