7 ermənini öldürən Permyakov Rusiyaya təhvil verildi

7 ermənini öldürən Permyakov Rusiyaya təhvil verildi backend

Gümrüdə erməni ailəsinin 7 üzvünü öldürməkdə günahlandırılan Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakov Rusiyaya təhvil verilib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, Rusiya Ermənistan tərəfinə Valeri Permyakovun ömürlük həbs cəzası çəkəcəyini vəd edib və onun azadlığa buraxılmayacağına zəmanət verib.