Kolumbiyada partlayış: 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Kolumbiyada partlayış: 6 nəfər ölüb, 20 nəfər yaralanıb backend

Kolumbiyanın Kartaxena şəhərində limanda güclü partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə təmirə dayanan barjanın göyərtəsində qeydə alınıb.


Partlayış nəticəsində 6 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb. Hadisənin səbəbləri hələ ki, müəyyənləşdirilməyib. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub.