Yaponiya İmperatoru Akihitonun nəvəsi 25 yaşlı Mako, şahzadə adından imtina etdi
Yaponiyada əsil-nəcabəti olmayan şəxslə evlənən şahzadələr adlarını itirirlər.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, şahzadə Makonun beş il əvvəl tanış olduğu, hüquq bürosunda işləyən Kei Komuro ilə yaxın zamanlarda nişanlanacağı və gələn il də evlənəcəyi bildirilir.
Bir muzeydə işləyən şahzadə qanunların yalnız kişilərin taxta çıxmasına icazə verildiyinə görə onsuz da taxta çıxa bilməyəcəkdi.
Nazirlər Kabinetinin bu həftənin cümə günü, 83 yaşlı Akihitonun taxt-tacı buraxmasına icazə verən qanunu təsdiqləməsi gözlənilir.
"Yaşlandığı üçün vəzifəsini layiqincə yerinə yetirə bilməyəcəyindən" narahat olduğuni söyləyən Akihito, imperatorluqdan əl çəkərsə o, son 200 ildə taxt-tacdan imtina edən ilk imperator olacaq. Yeni qanunda, qadınların da taxta çıxmasına icazə verilməsi və ya şahzadələrin evləndikdən sonra adlarını qoruması kimi mübahisəli mövzularda hər hansı tənzimləmə gözlənilmir.
Qeyd edək ki, mühafizəkarlar qadınların taxta çıxmasının əleyhinədirlər. 1989-cu ildə taxta çıxan Akihitodan sonra yerinə 57 yaşlı oğlu vəliəhd şahzadə Naruhitonun keçməsi gözlənilir. İmperator Akihitonun 51 yaşlı oğlu şahzadə Akişino ilə 10 yaşındakı nəvəsi Hişaito və 81 yaşındakı qardaşı Hitaçi də taxtın varisləridir.