“Rusiya məhz bu səbəbə görə uduzacaq“

“Rusiya məhz bu səbəbə görə uduzacaq“ backend

"Rusiya rəhbərliyi xüsusi xidmət orqanlarının zəif yerlərini aradan qaldırıb, ancaq bu, onlara Qərblə soyuq müharibədə qələbə qazanmağa kömək etməyəcək".

Axar.az xəbər verir ki, bu sözləri Senzor.net saytının baş redaktoru Yuri Butusov bildirib.

Jurnalist Butusov fikrini belə əsaslandırıb: "Sovet Dövlət Təhlükəsizlik Komitəsi zəiflər sırasında idi. Əməkdaşları az maaş alır, xüsusi əməliyyatları keçirməyə kömək etmirdi. Beynəlxalq əməkdaşlıq təşkilatları Dövlət Təhlükəsizlik Komitəsinə tabe olmurdu, Kommunist Partiyası bununla məşğul olurdu. Hal-hazırda Rusiya rəhbərliyi Brejnev quruluşunun sütununu saxlayıb bütün səhvləri tamamilə düzəltdi. Xüsusi xidmət orqanlarının zabitlərinin maaşları və statusu həddindən artıq artırıldı. Ancaq bu, Qərblə soyuq müharibədə qalib gəlməyə imkan verməyəcək. Onlar anlamırlar ki, bu, xüsusi xidmət orqanlarının müharibəsi deyildi, bu, dövlət sistemlərinin müharibəsi idi. Onlar buna məhəl qoymurdular və indi də buna məhəl qoymurlar. Buna görə də Rusiya uduzacaq".
Diaspora