AB üzv ölkələrə 1 ay vaxt verdi

AB üzv ölkələrə 1 ay vaxt verdi backend

Polşa və Macarıstan 1 ay ərzində qaçqınların yerləşdirilməsi ilə bağlı planı yerinə yetirməsə, hər iki ölkə haqqında tədbirlər görəcəyik.


Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin Miqrasiya məsələləri və daxili işlər üzrə komissarı Dimitris Avramopulos deyib.

Qeyd edək ki, AB-nin iqtisadiyyatı zəif olan İtaliya və Yunanıstanın yükünü azaltmaq üçün tətbiq etdiyi kvota planına görə, 160 min qaçqın üzv ölkələr arasında bölüşdürülməli idi. Ancaq bu günə qədər Yunanıstan və İtaliyadan yalnız 20 min qaçqın AB ölkələrinə qəbul edilib.

Polşa isə bu qərara qarşı çıxıb və Daxili İşlər naziri Mariuş Blaşak miqrant böhranının ölkəsinə aid olmadığını deyib.