ABŞ-da məxfi informasiyaları yaymaqda günahlandırılaraq həbs edilən hərbçi Çelsi Menninq azadlığa çıxıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC yayıb.Qeyd edək ki, Çelsi Menninq 2010-cu ildə “Vikiliks” saytına məxfi sənədlər verib. O zaman Menninq ABŞ-ın İraqdakı batalyonunda kəşfiyyat məlumatlarının analizi üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Verilən sənədlər arasında Amerika hərbi vertolyotunun İraqdakı dinc sakinləri gülləbaran etməsi videosu da yer almışdı.
2010-cu ildə həbs olunan Menninq 2013-cü ildə 35 il həbs cəzasına məhkum edilib. Daha sonra ABŞ-ın eks-prezidenti Barak Obama onun cəzasını əvvəlcə 28 ilə, daha sonra isə 6 ilə qədər azaldıb.