Putin Dona qan axıdır

Putin Dona qan axıdır backend

"Nəticədə Putin itirəcək, ancaq əziyyəti xalqa qalacaq. O getməmişdən Donetsk çayına hələ çox qan və gözyaşı axıdılacaq."

QAZİLƏR.AZ xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
Yazının müəllifi Timothy Garton Ash məqaləsində deyir ki, diplomatiya dövrü qayıdacaq, ancaq indi onun zamanı deyil: "Ukraynaya təcili hərbi dəstək lazımdır. Vladimir Putin hərbi təlimləri izləyir. O, keçmiş Sovet İttifaqının Slobodan Miloşeviçidir: onun kimi pisdir, ancaq ondan da böyükdür. Yalanlar arxasında gizlənərək, o, Ukraynanın şərqində oyuncaq dövlət qurmağa çalışır."
Başı Yunanıstana və avrozonaya qarışan Avropa ön xəttində daha bir Bosniyanın yaranmasına imkan verir. Oyan, Avropa! Öz tariximizdən nəsə öyrənmişiksə, Putini durdurmaq lazımdır. Ancaq necə?."
Müəllif Rusiyaya qarşı iqtisadi sanksiyaların artırılmasını mühüm hesab edir. Eyni zamanda vurğulayır ki, Putin, Miloşeviç kimi, əlinin altındakı hər alətdən istifadə etməyə hazırdır, rəhmsizdir. Ona görə buna qarşı tədbirlər lazımdır. Bunun üçün Ukraynaya müasir müdafiə silahları gərəkdir. ABŞ Konqresi Ukraynada Azadlığa Dəstək Aktını qəbul edib. İndi prezident Barak Obama Ukraynana hərbi avadanlıq verilməsinin vaxtını və tərkibini müəyyənləşdirməlidir.
Qəzet yazır: "Ukrayna ordusu Rusiyanın hücumunu dəf edəndən sonra danışıqlar yolu ilə həll mümkün olacaq. Bəzən silahı yalnız silah durdura bilir."
Diaspora