Səudiyyə: “Husilərə dərhal cavab verəcəyik”

Səudiyyə: “Husilərə dərhal cavab verəcəyik” backend

“Husilərin bütün düşmən hərəkətlərinə dərhal cavab verəcəyik”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil Cubeyr çıxış edib. O, Yəməndə əməliyyatların bitməsinin tam atəşkəs mənasını vermədiyini açıqlayıb:

“Ümidin yenidən başlanması” əməliyyatının məqsədi Yəməndə siyasi prosesə start verməkdir. Ancaq husilərin silahlı mübarizə yolu ilə Yəməndə iqtidarı ələ keçirməsinin qarşısını almaq üçün bütün gücümüzdən istifadə edəcəyik. Husilərin düşməncə hərəkətlərinə dərhal cavab verəcəyik. Səudiyyə Ərəbistanı husilərə silah verilməsinin qarşısını almaq üçün Yəmənin limanlarını və hava sahəsini nəzarət altında saxlayır”.

Qeyd edək ki, aprelin 21-də koalisiya qüvvələri Yəməndə hərbi əməliyyatların başa çatdığını və humanitar yardımı nəzərdə tutan “Ümidin yenidən başlanması” əməliyyatına start verildiyini açıqlayıblar.
Diaspora