ABŞ-da Ərdoğanın tərəfdarları və əleyhdarları dalaşdı: 9 yaralı

ABŞ-da Ərdoğanın tərəfdarları və əleyhdarları dalaşdı: 9 yaralı backend

Vaşinqtonda Türkiyə prezidenti Rəvəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

Məlumata görə, insident nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.