Prezident seçildiyi gündən etibarən demokratların etirazları ilə qarşılaşan Tramp, Ərdoğanın onun qələbəsini təbrik edincə güldü.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp ortaq mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Ərdoğan Trampın seçki qələbəsini bir daha təbrik etdiyi an, Tramp jurnalistlərə baxaraq məmnunluqla gülüb. Buna qədər isə Tramp çox ciddi halda həmkarının çıxışına qulaq asırdı.Ərdoğan təbrik etdi, Trampın üzü güldü - FOTO

