BMT-nin Baş katibi Pan Gi Munun 9 May Qələbə günü münasibətilə Moskvaya gəlişi gözlənilir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov söyləyib.Onun sözlərinə görə, BMT-nin baş katibinə tədbirlərdə iştirak etmək üçün dəvətnamə göndərilib:
“Biz Pan Gi Munun, həmçinin, YUNESKO-nun baş direktoru Volkovanın gəlişini gözləyirik”.
Qeyd edək ki, bundan öncə Şimali Koreya lideri Kim Çen İnin gəlişi təsdiqlənmişdi.