Türkiyə 1915-ci ilə aid arxivlərini açdı

Türkiyə 1915-ci ilə aid arxivlərini açdı backend

Türkiyə Silahlı Qüvvələri 1915-ci ilə aid hərbi arxivləri açıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfi ermənilərin öz arxivlərini açacağını gözləməyərək birtərəfli addım atmaq qərarına gəlib.

Açılan sənədlərdən görünür ki, I Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilər ölkə daxilində köçürülərkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

Sənədlərdə 1915-ci ildə Anadoluda dinc əhalini qətlə yetirən erməni quldur dəstələri və fərarilər haqqında çoxsaylı faktlar yer alıb.
Diaspora