Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunda sevdiyi qızın başqası ilə nişanlanacağını eşidən gənc oğlan qızın nişan paltarını oğurladığına görə saxlanlıb.
Qaziler.az ensonhaber-ə istinadən bildirir ki, rayonun Kaletepe məhəlləsində yaşayan 17 yaşlı M.K. sevdiyi qonşu qızın başqasıyla nişanlanacağını eşidib.Sevgisinə qarşılıq ala bilmədiyi qızın evinə kimsənin olmadığı vaxt girən M.K. nişan paltarını oğurlayıb. Hadisənin ailə tərəfindən təhlükəsizlik orqanlarına bildirməsindən sonra M.K. şübhəli şəxs qismində saxlanılıb.
Gənc oğlan əməlini etiraf edib.