Baş nazir ağladı

Baş nazir ağladı backend

Yaponiyalı ikinci girov Kenzi Qotonun İŞİD terrorçuları tərəfindən qətlə yetirilməsi yapon ictimaiyyəti ilə yanaşı bütün dünyada hiddət doğurub. Konzonun başının kəsilməsini əks etdirən videonu yayan terrorçular bununla Yaponiyanın baş naziri Şinzo Abeyə mesaj verdiklərini iddia ediblər.

Baş verənləri şərh edən yapon baş nazir intiqam alacaqlarına and içib. Bu barədə ölkə ictimaiyyəti qarşısında çıxış edərkən Şinzo Abenin ağladığı müşahidə olunub.
“Vəhşicəsinə törədilmiş bu terror hadisəsini böyük hiddətlə qarşılayıram. Qəbul olunması qətiyyən mümkün olmayan bu zorakılığı ən güclü şəkildə pisləyirəm. Bu terrorçuları əsla bağışlamayacağıq. Beynəlxalq ictimaiyyət ilə birlikdə elədiklrinin bədəlini İŞİD-ə ödətmək üçün çalışacağıq”.
Diaspora