Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olunub

Ermənistanda əsgər yoldaşını güllələyən hərbçi həbs olunub backend

Ermənistanda əsgər yoldaşını qətlə yetirən hərbçi saxlanılıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir ki, 1997-ci il təvəllüdlü Arman Akopyan kiçik çavuş Qaqik Mesropyanı qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, qətl hadisəsi mayın 10-da baş verib.

Səhər saatlarında əsgər Qaqik Mesropyana döyüş postunda odlu silahdan atəş açılıb, o hospitala aparılarkən yolda ölüb.