Çilidə 6,0 bal gücündə zəlzələ baş verib.
APA-nın verdiyi xəbərə görə, yeraltı təkanların episentri Tarapaka regionunda, ocağı isə 113 km dərinlikdə yerləşib.
Zəlzələ ölkənin 12 yaşayış məntəqəsində hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.