Türkiyə prezidentindən Yunanıstana qəti tələb: Qaytarın!

Türkiyə prezidentindən Yunanıstana qəti tələb: Qaytarın! backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Aleksis Çiprasla Pekindəki görüşündə FETÖ-çu hərbçilərin ekstradisiyası məsələsini qaldırıb.

Axar.az xəbər verir ki, Beynəlxalq Əməkdaşlıq Forumuna qatılmaqdan ötrü Çinin paytaxtı Pekində olan Ərdoğan “For Sizn” otelində baş tutan görüşdə Çiprasa iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən hərbçilərin ekstradisiya olunmamasının iki ölkə arasında problemə yol açdığını deyib.

Ərdoğan FETÖ-çu əsgərlərin Yunanıstanda qalmasının doğru olmadığını bildirərək, yunan hökumətindən həmin əsgərlərin Türkiyəyə təhvil verilməsinin tələb edib.