Türkiyədə turistlərin olduğu avtobus aşıb, 17 nəfər ölüb

Türkiyədə turistlərin olduğu avtobus aşıb, 17 nəfər ölüb backend

Türkiyənin Muğla vilayətində Marmaris kurort zonasında turistlərin olduğu avtobus aşıb.

Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində azı 17 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Hələlik qəzanın təfərrüatları barədə məlumatlar verilməyib.

Hadisə yerinə çoxlu sayda xilasedici və tibb xidməti cəlb edilib.