Astronavtlar açıq kosmosa çıxdılar

Astronavtlar açıq kosmosa çıxdılar backend

Beynəlxalq Kosmik Stansiyanın astronavtları açıq kosmosa çıxıblar.

Qaziler.az-ın verdiyi məlumata görə, amerikalı astronavt Peqqi Uitson və Cek Fişer həftənin cümə günü açıq kosmosa çıxma əməliyyatını həyata keçiriblər.

Bu barədə NASA-nın saytında məlumat yerləşdirilib.

Kosmonavtlar stansiyanın ətrafına yüksək keyfiyyətli kamera və simsiz antenalar quraşdırıblar, bir sıra tapşırıqları yerinə yetiriblər.

Bu sayca 200-cü çıxış idi və 4 saat 13 dəqiqə davam edib. Əməliyyata fransız astronavt Tom Peske kömək edib. Əvvəlcə bəzi problemlər olsa da, əməliyyat uğurlu alınıb.