Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin türk tarixinin ən şanlı səhifəsi olduğunu bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
O, qeyd edib: "Çanaqqala şəhidlərini ziyarət etsəniz, onların arasında Bakı, Tbilisi, ümumiyyətlə, bütün Qafqazdan olanları da görəcəksiniz".Xatırladaq ki, Çanaqqala zəfərinin 100-cü ildönümü aprelin 24-də qeyd olunacaq.