Türkiyənin Avstriyadan geri çağırılan səfiri İstanbula gəlib

Türkiyənin Avstriyadan geri çağırılan səfiri İstanbula gəlib backend

Vyananın 1915-ci il hadisələri ilə əlaqədar qərarına cavab olaraq dünən geri çağırılan Türkiyənin Avstriyadakı səfiri Həsən Göyüş İstanbula gəlib.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata əsasən, səfirin bu gün məsləhətləşmələr üçün Ankaraya yola düşəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatında deyilirdi ki, Avstriya parlamentinin məlum hadisələr üzrə qərarı Türkiyədə hiddətlə qarşılanıb, çünki sənəd tarixi faktlara uyğun deyil və əsassız olaraq Türkiyə xalqını cinayətlərdə ittiham edir.
Diaspora